Polis tox halda avtomobil idarə edənləri SAXLAYACAQ

İctimai nəqliyyat 02 İyul 2021 | 23:53
OXUNUB: 909

Yol polisi yayda tox halda sükan arxasına əyləşən sürücülərə nəzarət etmək üçün daha ayıq olmaq qərarına gəlib.
Avtosfer.az bildirir ki, yay mövsümündə uzaq yollara səyahətin artması səbəbindən qəzaların qarşısını almaq üçün Rusiyada belə bir addım atılıb. 
Belə ki, yol polisi artıq sürücünün avtomobildə əyləşməsindən onun hansı vəsiyyətdə olduğunu anlayaraq tədbir görəcək. Sükan arxasında eyni vəziyyətdə qalmaq və pəncərədən çöldəki dəyişməz mənzərə sayıqlığı itirən amillərdir. Vəziyyət doyurucu bir yeməklə daha da ağırlaşır, bundan sonra sürücü sayıqlığını itirir və yuxuya gedir. Bu vəziyyətdə iki saniyəlik bir yuxu belə qəzaya səbəb ola bilər.
Polis elə buna görə də sürücülərə uzaq yola çıxmazdan öncə yaxşı istirahət etməyi məsləhət görür. Qəzanın qarşısını almaq üçün avtomobil idarə edərkən yuxu ilə mübarizə aparmaq lazım deyil, istirahət məqsədilə 2-3 saatdan bir dayanacaqlarda dincəlmək lazımdır. 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man