Bakıda gecə reydi - Qabağı göydə olan "Niva", sərxoş, "avtoş" sürücülər və daha nələr... - VİDEO

İctimai nəqliyyat 01 İyul 2021 | 16:56
OXUNUB: 6378

Dünən axşam Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirib. Reyd son vaxtlar vətədanşların müraciətləri nəzərə alınaraq Heydər məscidinin yaxnlığında təşkil olunub.
Avtosfer.az xəbər verir ki, reyd zamanı sərxoş halda avtomobil idarə edən sürücülər, eləcə də xeyli sayda ödənilməyən cəriməsi olan avtomobillər aşkarlanıb.
Habelə etibarnamə və digər sənədləri qaydasında olmayan sürücülərə də rast gəlinib. Yol polisi bir neçə nəqliyyat vasitəsini cərimə meydançasına yerləşdirib. Onların arasında retro avtomobil də olub. Həmin avtomobillərin sənədləri qaydasında olmadığına görə sürücü barəsində cərimə tətbiq edilib. Bundan başqa, reyd zamanı avtomobilin konstruksiyasına dəyişiklik edən sürücülər aşkarlanıb. Bir neçə nəqliyyat vasitəsi məhz bu səbəbdən cərimə meydançasına yerləşdirilib. Onların arasında "Chevrolet Camaro" və "Niva" da var. Həmin "Niva"da konstruksiyanın demək olar ki, bütün elementlərində dəyişiklik aşkar edilib.
Xeyli miqdarda cərimə borcu olan və avtomobili etibarnaməsiz idarə edən sürücü isə özünə haqq qazandıraraq bu bu cərimələrin sığortaya görə tətbiq edildiyini, etibarnamənin vaxtının isə uzaldılmasına lüzum görmədiyini ifadə edib. 
Bu cür reydlər davam etdiriləcək.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man