Polis yolda qalan yük maşının sürücüsünə köməklik göstərib. Avtosfer.az bildirir ki, sosial şəbəkələrdə yayılan videodan göründüyü kimi hadisə Bakı-Qazax yolunda baş verib. YPX-nin əməkdaşı olan Hüseynov Ziya «KAMaz»ın təkərində yaranan nasazlıq səbəbilə yolda qaldığını görərək biganəlik göstərməyib. O, xidməti avtomobilini yaxınlıqda saxlayaraq işıqları ilə hadisə yerini aydınlıq hala gətirib. Beləcə sürücü təkəri təmir edənədək orada dayanan polis bu hərəkəti ilə həm də qaranlıq yolda «KAMaz»ın görünməzliyi səbəbilə yarana biləcək qəzanın da qarşısını almış olub.
Onu da vurğulayaq ki, yol polisinin vətəndaşlara bu cür yardımları nə ilk deyil, nə də son olacaq.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man