Yol polisinin rüşvət videosu yayıldı; Baş İdarə araşdırmalara başladı - VİDEO

İctimai nəqliyyat 21 İyun 2021 | 17:41
OXUNUB: 21280

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib. Avtosfer.az meydan tv-yə istinadən xəbər verir ki, videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür. Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif edir. Polis isə məbləğlə razılaşmayaraq “bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?” deyərək reaksiya verib. Daha sonra isə o, sürücü barəsində protokol tərtib etmədən onu buraxıb. İdarənin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: “Hazırda xidməti yoxlama aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man