Vilayət Eyvazov məşhur iş adamının oğluna DYP-də VƏZİFƏ VERDİ
İctimai nəqliyyat18 İyun 2021 | 14:18
OXUNUB: 2233
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub.Avtosfer.azxəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Bayram Zeynalov təyinat alıb. O, bu təyinatadək BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsinin inspektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, B.Zeynalov Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğludur.