Yol polisi Cəlilabadda reyd keçirtdi - sürücülər cərimələndi - FOTO

İctimai nəqliyyat 17 İyun 2021 | 16:50
OXUNUB: 648

Cəlilabadda atmosferi çirkləndirən nəqliyyat vasitələri aşkarlanaraq, avtomobil sahibləri cərimələnib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonda nəqliyyatın sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər təşkil olunub. Əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınmasıdır. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

 

Nərmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man