Bu gün Bakıda bu yollar tam bağlanacaq – RƏSMİ XƏBƏRDARLIQ

İctimai nəqliyyat 16 İyun 2021 | 11:10
OXUNUB: 1906

Bakıda AVRO-2020 futbol çempionatının A qrupu üzrə Türkiyə-Uels qarşılaşması olacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunun anşlaqla keçəcəyi, qarşılaşmanı çoxsaylı azarkeşin izləyəcəyi gözlənilir.

Bununla əlaqədar paytaxtın bəzi küçə və prospektlərdə avtomabillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. 

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif​ Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, 16 iyun səhər saatlarından futbol oyunu tam başa çatanadək Olimpiya Stadionu istiqamətində kəsişən, bitişən bütün küçə və perespektlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq: 
 

“Ziya Bünyadov prospekti ilə 9-cu köndələn və Xəlil Rza Ulutürk küçələrinin kəsişməsindən qeyd olunan istiqamətə, eləcə də Böyükşor bulvarı istiqamətində hərəkət məhdudlaşdırılır. Bundan başqa Bakı hava limanından Heydər Əliyev prospekti ilə şəhərə doğru hərəkət edən avtomabillərin Olimpiya Stadionu istiqamətində kəsişən yolda hərəkətinə məhdudiyyət qoyulur.


Qeyd olunan istiqamətlər üzrə yalnız Təşkilat Komitəsi tərəfindən verilən tanınma emblemi olan nəqliyyat vasitələri hərəkət etməlidir”.

Vaqif Əsədov Avtosfer.az vasitəsilə avtomobil sahiblərinə müraciət edərək, bildirib ki, qardaş Türkiyədən Azərbaycana gələn azarkeşlərin sayı həddindən çoxdur, bu da yol hərəkətində sıxlıq olacağı ehtimalını yaradır: 

“Ona görə də xahiş edirik ki, bu tarixdə lüzumsuz şəkildə şəxsi avtomobillərdən istifadə edilməsin, ayrılmış xüsusi nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilsin”.

DYPİ sözcüsü xatırladıb ki, Bakı Olimpiya Stadionu istiqamətinə bir neçə məntəqədən azarkeşlərin daşınması üçün ictimai nəqliyyat vasitələri ayrılıb: 

“Onlar Səməd Vurğun parkı və metronun Qara Qarayev stansiyası yaxınlığından Olimpiya Stadionu istiqamətində hərəkət edəcəklər. Ekspress avtobuslar və digər ictimai nəqliyyat növlərindən istifadə edənlərə də müraciət edirik ki, koronavirusun yayılma ehtimalını nəzərə alıb, qoruyucu vasitələrdən istifadə etməyi unutmasınlar”.

Vaqif Əsədov paytaxt sakinlərinin qonaqpərvərlik nümunəsi nümayiş etdirməsinin vacib olduğunu deyib: 
 

“Vətəndaşlarımız hər zaman polislə həmrəyliyini nümayiş etdirib. Bu dəfə də bir daha xahiş edirik ki, vətəndaşlarımız, avtomabil sahibləri, sürücülər keçirilən bu tədbirin dövlət əhəmiyyətli olduğunu nəzərə alıb, mentalitetimizə uyğun qonaqpərvərlik mühitinin yaradılmasına şərait yaratsınlar, ayıq-sayıq olsunlar.


Eyni zamanda informasiya təhlükəsizliyinə də diqqət yetirsinlər – Nəzərə alınsın ki, xoşagəlməz məqamlar olarsa, onların çəkilib, paylaşılması imicimizə xələl gətirə bilər. Tədbirin başlanması pik saatlara düşdüyü üçün vətəndaşlar bunu anlayışla qəbul etsinlər”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man