Yol polisi Cəlilabadda reyd keçirib - FOTO

İctimai nəqliyyat 12 İyun 2021 | 22:08
OXUNUB: 3575

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı reyd keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, növbəti dəfə keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.

Keçirilən reydlərin sürücülərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı onlara izah olunub, yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man