Şəki DYPson zənglə bağlı MÜRACİƏT EDİB - FOTO

İctimai nəqliyyat 12 İyun 2021 | 18:53
OXUNUB: 1148

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən iyun ayının 14-də ümümtəhsil müəssisələrində “Son zəng”  tədbiri keçiriləcək.

Avtosfer.az xəbər verir ki, Dövlət Yol Polisi “Son zəng” tədbirlərində sutka ərzində gücləndirilmiş iş rejimində işləyəcək və yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə  təşkilinin təmini üçün bütün imkanlarından isdifadə edəcəkdir. Lakin, valideynlər, ağsaqqallar, eləcə də təhsil müəssisələrinin rəhbərləri bu məsələdə daha cox məsuliyyətli olmalıdırlar. Bəzən,
”Son zəng” tədbirləri başa çatdıqdan sonra yuxarı sinif şagirdləri, xüsusilədə məzunlar nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulandan artıq sayda,minik avtomobillərinə 7-8 nəfər minərək şəhər ərazisində və ya digər ərazilərdə yuxarı-aşağı hərəkət edirlər.Bu sərnişin daşıma  qaydasının pozulması ilə yanaşı həmdə,xüsusi karantin rejimi qaydasının pozulmasıdır.Bəzən də,valideynlərinə və ya yaxın qohum-əqrabalarına məxsus olan avtomobilləri sürücülük hüququ olmadan hətta müxtəlif energetik və ya spirtli içkilər qəbul edərək idarə edirlər ki, bununlada xoşagəlməz halların, yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa zəmin yaradırlar. Təhsil müəssisələrinin rəhbərləri,tabeliklərində olan təşkilatçı, psixoloq və sinif rəhbərlərinin iştirakı ilə “Son zəng” tədbirlərindən əvvəl və sonra təkrar-təkrar məzunlarla söhbətlər aparsınlar və qeyd olunan neqativ halların yol verilməzliyi nəzərlərinə çatdırılmaqla,belə hərəkətlər etmələrinə şərait yaratmasınlar ki, “Son zəng” tədbirlərini və ümumilikdə dərs ilini təhlükəsiz,qəzasız başa vura bilək.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man