Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd keçirildi - FOTO

İctimai nəqliyyat 10 İyun 2021 | 12:22
OXUNUB: 630

Salyanda təhlükəsizlik kəmərindən təyinatı üzrə istifadə etməyən sürücülərlə bağlı reyd keçirilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a məlumat verilib.

Bildirilib ki, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri baş verən yol nəqliyyat hadisəsi zamanı sürücünün sağlamlığının qorunmasında böyük rol oynayır və hər bir sürücü sağlamlığına biganə qalmayaraq mütləq qaydada təhlükəsizlik kəmərindən istifadə etməlidir.   

Keçirilən tədbirlər zamanı qayda pozuntusuna yol verən sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunublar. 

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirlərini davam etdirir.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man