Masallıda müxtəlif qayda pozuntularına yol verən sürücülər cərimələnib

İctimai nəqliyyat 09 İyun 2021 | 16:00
OXUNUB: 654

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
 
Avtosfer.az xəbər verir ki, növbəti belə tədbir zamanı Masallı şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən  sürücülər müəyyən olunub. Hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və qanunamüvafiq tədbirlər görülüb. Yol polisi əməkdaşları tərəfindən eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və digər qayda pozuntularına yol verən sürücülər də aşkarlanıb. Yol verdikləri qayda pozuntuları izah olunmaqla hər biri barəsində inzibati protokol tərtib olunub

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man