Bu gündən Bakıda bağlanan bütün yollar açılır - DYP-dən müraciət

İctimai nəqliyyat 08 İyun 2021 | 00:01
OXUNUB: 674

İyunun 8-i səhər saat 06:00-dan Formula-1 yarışlarına görə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq.

Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, hər bir istiqamətə ictimai və şəxsi nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək. Bakı Şəhər DYP idarəsi vətəndaşlara müraciət edərək bildirib ki, Bakı halqası kimi tanınan ərazidə olan maneələr bəzi yollarda zolaqların sayını azaltdığına görə bu yollardan keçərkən diqqətli olsunlar. Qeyd edək ki, həmən ərazi üzrə qoyulmuş maneələrin aradan qaldırılması üçün vaxt tələb olunur.

Bu yollardan istifadə edərkən sürəti azaltmaq və zolaqlar üzrə düzgün cərgələnmək sürücülərdən xahiş olunur. Vətəndaşlara gedəcəkləri istiqaməti öncədən seçmələri tövsiyə olunur.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man