Şəki yol polisi maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

İctimai nəqliyyat 07 İyun 2021 | 14:38
OXUNUB: 1143

Şəki Dövlət Yol Polisi Bölməsi tərəfindən yeniyetmə və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzusunda maarifləndirici tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, növbəti tədbir,  07 iyun 2021-ci il tarixdə Şəki Dövlət Peşə Təhsil Mərkəzində, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilib.

Tədbirdə Şəki  Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, mərkəzin təsərrüfat işləri üzrə direktor müavini Rizvan Lətifov, mərkəzin psixoloqu Ziyafət Ramazanova, müəllimlər və mərkəzin tələbələri iştirak ediblər.

Tədbir diskusiya şəklində keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.

Tədbirin yekununda Şəki Dövlət Peşə Təhsil Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini Rizvan Lətifov, mərkəzin direktoru Şahin Şirinzadənin və kollektivin adından bu cür maarifləndirici tədbirin keçirilməsinə görə Şəki Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlıq bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man