"Formula 1" yarışı ilə əlaqədar bağlanan bəzi küçələrdə hərəkət bərpa edilib. Bu barədə Bakı Şəhər Dövlət Yol Yol Polisi İdarəsi məlumat yayıb. İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az">Avtosfer.az-a açıqlamasında bildirib ki, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılıb: "Bu gün səhər saat 06:00-dan etibarən Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri, o cümlədən B.Sərdarov küçəsi istiqamətində ictimai nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib".
Vaqif Əsədovun sözlərinə görə, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man