Yol polisi və uşaqlar – Bu gün onların günüdür - FOTOLAR

İctimai nəqliyyat 01 İyun 2021 | 13:56
OXUNUB: 1460

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir!

Əziz uşaqlar, sizin hər birinizi təbrik edir, həyatınızın bütün mərhələlərinin tam təhlükəsiz, əminamanlıq şəraitində keçməsini arzu edir və bunun üçün çalışırıq. Hər birinizin yollardakı hərəkətləri bizim daim diqqətimizdədir. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində keçirilən görüşlərimizi, təlimlərdə əldə etdiyiniz bilikləri yoldaşlarınıza öyrətməyi bir daha sizdən xahiş edirik.

Bütün qaydalara əməl etməyiniz sağlam böyüyüb qalib ölkəmizin gələcəyi üçün uğurlu fəaliyyət göstərməyiniz ən böyük arzumuzdur.

Gələcəkdə bizim sıralarımıza qatılmaq arzusunda olanlarınız da yəqin ki, az deyil! Bunun üçün ailələrinizdə valideynlərin, təhsil müəssisələrində müəllimlərin, eləcə də bizim çağırışlarımıza diqqət yetirməyiniz olduqca önəmlidir. Bir daha hər birinizin həyatında yolunuzun açıq və uğurlu olmasını arzu edirik!

Avtosfer.az bildirir ki, Bakı şəhər DYP İdarəsi və idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov uşaqlar arasında təbliğat işlərinə daim diqqət göstərir və biz Avtosfer.az saytı olaraq birlikdə bir çox tədbirlər həyata keçirmişik. Bu il də uşaqları unutmadıq və onları bir daha təbrik edirik. Bu fotolar uşaqlarla keçirilən görüşlərin bir hissəsini əks etdirir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man