Bakıda polis əməkdaşı ad günündə qəzaya düşərək öldü - FOTO

İctimai nəqliyyat 27 May 2021 | 15:47
OXUNUB: 4731

Bakıda maşını divara çırparaq qəzaya düşən şəxsin polis əməkdaşı olduğu məlum olub.

Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 24-də Qaradağ Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşı Elşad Vahidov idarə etdiyi “Renault” markalı minik avtomobilini divara çırpıb. Nəticədə o, sükanın sinəsinə sıxılması nəticəsində ciyərləri zədələnərək hadisə yerində vəfat edib.

Məlumata görə, həmin gün E.Vahidovun doğum günü imiş və buna görə işdən icazə alıb. İddia olunur ki, 32-ci ad gününü dostları ilə birgə keçirən E.Vahidov spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçib.

Hərəkətdə olarkən idarəetməni itirərək Lökbatan qəsəbəsində yerləşən polis bölməsinin divarına çırpılıb. Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

E.Vahidov evli olub, 3 övladı var.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man