DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları xidmətdə olan zaman Biləsuvar rayonu ərazisindən keçən magistral yolun kənarında quraşdırılmış yol nişanı lövhəsini oğurlamaq istəyən şəxsi aşkar ediblər. Polis əməkdaşları həmin şəxsi saxlayaraq yol nişanı lövhəsi ilə birlikdə Polis Şöbəsinə gətiriblər. Araşdırmalarla oğurluq əməlini törədən şəxsin İmişli rayon sakini İntiqam Dadaşov olduğu müəyyən edilib.
Hal-hazırda Cəbrayıl RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man