Ağdam rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində reyd keçirib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, "Təmiz hava" aylığı adı altında keçirilən reyd zamanı bir çox avtomobil sürücüləri saxlanılıb.
Ondan çox avtomobildə qaz ixracının normadan artıq olması və havanı çirkləndirməsi aşkar olunub. Nasaz avtomobil sahibləri barəsində inzibati məsuliyyət tədbirləri görülərək cərimə protokolları tərtib edilib.
Ağdam rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sürücülərlə profilaktik söhbət aparıb və onlara avtomobillərindəki bu cür nasazlıqların aradan qaldırılması tapşırığı verilib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man