Avtomobil oğrusu ilə yol polisi arasında "film"kimi anlar yaşandı

İctimai nəqliyyat 10 May 2021 | 14:35
OXUNUB: 3260

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Avtosfer.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini E.Muradova məxsus olan maşın mayın 5-dən 7-dək olan müddətdə F.İbrahimbəyov küçəsindən qaçırılıb. 
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 7-də saat 23 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olduğu  aşkar edilmişdir. Sürücü polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmayıb. Nəticədə o, məcburi saxlanılarkən avtomobili yol ayırıcısına vurub və avtomobildən düşüb qaçmağa cəhd göstərib. 
Polis əməkdaşlarının çevikliyi nəticəsində Salyan rayon sakini M.Əliyev saxlanılaraq avtomobillə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilmişdir.
Araşdırma aparılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man