Bunu etsəniz, 600 manat cərimələnəcəksiniz - DYP-dən XƏBƏRDARLIQ

İctimai nəqliyyat 09 May 2021 | 14:44
OXUNUB: 5898

Yükdaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlara və sürücülərə növbəti dəfə xəbərdarlıq olunub. Avtomobilinə normadan artıq yük vuran sürücülər cərimələnəcəklər. Baş Dövlət Yol Polisi İdarəsi və Avtomobil Yolları Dövlət Agentliyi belə sürücülərə qarşı nəzarəti artırıb.

Avtomobilinə normadan artıq yük vuran sürücülər cərimə olunacaqlar.

Söhbət yük avtomobillərindən gedir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirdi ki, müşahidələr zamanı bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobillərinin oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yükləndiyi görünür.

Belə sürücülər yol təsərüfatına da ciddi ziyan vururlar. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, magistral yolların kənarlarında fasiləsiz olaraq tərəzi nəzarət məntəqələri fəaliyyət göstərir. Belə halların qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ də qaydaları pozan yük avtomobili sürücüləri var.

Yükdaşıma qaydalarını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 40 manatdan, 600 manata qədər cərimə olunacaqlar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man