Şəmkirdə reyd keçirildi, sürücülər cərimələndi - FOTO

İctimai nəqliyyat 06 May 2021 | 13:25
OXUNUB: 541

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi nəzarət-profilaktiki tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində bir neçə avtomobilin ixrac qazlarının tərkibində olan zərərli maddələrin normadan artıq olduğu üçün atmosferi çirkləndirməsi aşkar edilib.

Həmin sürücülər inzibati məsuliyyətə cəlb edilib.

"Vətəndaşların bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sistemi tənzimləməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edilməlidir.

DYP əməkdaşları piyadalar ilə də profilaktiki söhbət apararaq, onlara müəyyən edilmiş səkilərdən və piyada keçidlərindən istifadənin həm piyadaların həm də digər şəxslərin təhlükəsizliyi üçün vacib olduğu bildirilib.

Şəhər daxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı isə karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbir görülüb", - Gəncə regional qrupundan bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man