Ayselin keçmiş ərininin "BMW"si cərimə meydançasına salındı - Yol polisindən Oqtaya CAVAB - FOTO

İctimai nəqliyyat 03 May 2021 | 15:42
OXUNUB: 10859

“BMW” markalı, 90 OA 800 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əhmədov Oqtay Polad oğlu tərəfindən “Ok7day” İnstaqram profilindən Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi haqqında şər-böhtan xarakterli, həqiqəti əks etdirməyən statuslar yayılıb və araşdırma aparılıb. Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər DYPİ-nin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. O deyib ki, mayın 1-də həmin nəqliyyat vasitəsinin səsboğucusunun normadan artıq səs çıxarması aşkar edilib və avtomobilin hərəkəti dayandırılıb. Rəy alınması üçün “İmprotex Motors”-BMW servisinə sorğu məktubu göndərilib: “Sorğuya cavab olaraq bildirilib ki, səsboğucunun orta hissəsi zavod istehsalı olan borular “Super sprint” şirkətinin istehsalı olan borularla dəyişdirilib. Bunu nəzərə alaraq yol polisi əməkdaşları tərəfindən sürücü Oqtay Əhmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilib. Sürücü özü də sosial şəbəkələrdə paylaşım edərkən etiraf edib ki, avtomobilin səs gücü yoxlanılıb və 92.7 desibel göstərici çıxıb. Sürücü bunu qanunauyğun saysa da, Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə görə, səs desbeli 84-dən yuxarı ola bilməz. Amma sürücü bunları qəbul etmək əvəzinə, özünə bəraət qazandırmağa çalışaraq yol polisinin nüfuzuna xələl gətirən hərəkətləri davam etdirir. Bu da onun qərəzli olduğunu bir daha göstərir”.

Vaqif Əsədov onu da bildirib ki, bu formada şər-böhtan dolu informasiyaların yayılmasına görə həmin şəxsi qanunla məsuliyyət gözləyir”.

Qeyd edək ki, Oqtay Əhmədov Bakı Lift İdarəsinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın həyat yoldaşı olub və onların toyundan sonra məşhurlaşıb. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man