Polis "Hyundai"ı saxladı, maşından xeyli miqdarda narkotik çıxdı - Cəlilabadda ƏMƏLİYYAT

İctimai nəqliyyat 03 May 2021 | 14:15
OXUNUB: 626

Cəlilabadda şübhəli hərəkətlər edən sürücünün avtomobilindən külli miqdarda heroin aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün və Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmət aparan zaman hərəkətdə olan “Hyundai Azera” markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müəyyən ediblər.

Həmin avtomobilin sürücüsü və sərnişini polisin qanuni tələblərinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd etsələr də saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Avtomobildə olan Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - sürücü E.Cəfərov və sərnişin E.Salmanovun üzərlərinə keçirilən baxış zamanı isə hər ikisindən heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man