Vilayət Eyvazovdan yol polisi ilə bağlı yeni TƏYİNATLAR

İctimai nəqliyyat 01 May 2021 | 22:48
OXUNUB: 10144

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) Təbliğat Təşviqat üzrə baş inspektoru, polis kapitanı Elxan Əhmədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Onu bu vəzifədə Qazax DYPB-nin inspektoru, polis leytenantı Babək Həsənov əvəz edib.

Vilayət Eyvazovun digər əmri ilə, Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis kapitanı Rüstəm Namazov vəzifəsindən azad edilərək, Gəncə Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə baş inspektor təyin edilib.

Onun yerinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu taqımının əməkdaşı, polis leytenantı Aqil Alıyev təyin olunub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man