Goranboyda yol polisi piyadalara yol verməyən sürücüləri cərimələdi - VİDEO

İctimai nəqliyyat 30 Aprel 2021 | 14:17
OXUNUB: 861

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçiriblər. Avtosfer.az xəbər verir ki, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyərək, özləri ilə bərabər digər hərəkət iştirakçılarına da təhlükə yaradan şəxslər saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati protokol tərtib olunub.

Eyni zamanda, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də aşkarlanıb, onların barəsində inzibati protokollar tərtbib edilib.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

 

Samir

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man