Aprelin 29-da 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə onlayn yarışın davamı olub. Yarış Ağdam, Tərtər, Füzuli, Qubadlı, Xocalı, Şuşa, Naftalan, Bərdə, Yevlax rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilib.
Məqsəd respublikamızın müxtəlif bölgələrində təhsil alan şagirdlərin yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, onların bu sahəyə marağını artırmaqdan ibarət olub.
Yarışda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis baş leytenantı Pərvanə Muradova, Yevlax şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Fariz Hüseynov, Tərtər rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Zamin Qarayev, Qubadlı rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Təbriz Şamxalov, Füzuli rayon Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı İlkin Qasımov, Ağdam rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Allahverdi Allahverdiyev, Xocalı rayon Dövlət Yol Polisi İdarəsinin polis mayoru Nemət Məmmədov, Bərdə rayon Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Mədət Qafarov, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və rayon uşaq-gənclər inkişaf mərkəzlərinin əməkdaşları, müəllimlər və valideynlər iştirak edib.
Münsiflər heyəti: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova olub.
Yarış Ağdam, Tərtər, Füzuli, Qubadlı, Xocalı, Şuşa, Naftalan, Bərdə, Yevlax rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərindən təşkil olunmuş 9 komanda arasında 2 raundda keçirilib. Hər komanda 5 üzvdən ibarət olub. 45 şagirdin cəlb olunduğu yarışın I raundunda mövzu ilə bağlı rəsm çəkilib, II raundunda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb.
Hər bir komandanın mövzu ilə bağlı çəkdiyi rəsmlər qiymətləndirilərək onların nəticələrinə əlavə olunub.
Yarışın nəticəsinə görə Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası I, Yevlax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası II, Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası isə III yerə layiq görülüblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man