Zaqatalada sərnişinləri avtobusun yük yerində daşıyan şəxs cəzalandırıldı - VİDEO

İctimai nəqliyyat 28 Aprel 2021 | 18:40
OXUNUB: 5293

Sosial şəbəkələrdə Zaqatalada sərnişinlərin avtobusun yük yerində daşınması ilə bağlı görüntülər yayılıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov, Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər Zaqatala Rayon Polis Şöbəsində araşdırılıb:

“Araşdırma nəticəsində həmin mikroavtobusu rayon sakini Hafiz Musayevin idarə etdiyi müəyyən edilib. Sürücü H.Musayev sərnişindaşıma və xüsusi karantin rejimi qaydalarını pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 211.1-ci maddələri ilə protokol tərtib olunub”.

Qeyd edək ki, həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılmasına baxmayaraq, sürücü xüsusi karantin rejimi qaydalarını pozaraq, şənbə günü fəaliyyət göstərib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man