"Əbədi keçid"ə tələsməyin - DYP-dən videoçarx

İctimai nəqliyyat 26 Aprel 2021 | 17:30
OXUNUB: 1648

Xəbər verdiyimiz kimi Baş Dövlət Yol Polisi İdarəsi bu gündən başlayaraq may ayının 3-dək “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də piyada keçidlərindən istifadənin əhəmiyyətini bir daha vurğulamaq üçün sosial videoçarx hazırlayıb.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir. Ona görə bu qaydaların pozulması inzibati xəta tərkibi yaradır. Başladılan bu hərəkatın məqsədi piyadaları cərimələmək deyil, onlara piyada keçidlərindən istifadənin vacibiyyətini bir daha xatırlatmaqdır.
Piyadaların avtomobillərlə vurulmasının qarşısını alınması, təbliğatın geniş yayılması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov bir daha piyadalara səslənib: 

"Yol nəqliyyat hadisələrində həlak olanlar, xəsarət alanlar, əlil olanlar elə bizlərdən biridir, dövlətimizin vətandaşıdır. Hər kəs məsuliyyətini artırmalıdır. Ölkə vətəndaşları tutduğu vəzifədən asılı olmayaraq yolda hərəkət zamanı diqqətli olmalıdır." 

Yol bizimdir deyib yola atılan piyadalar "məzarda mən haqlı idim" desəniz də faydası olmayacaq. Odur ki, yolu keçərkən bir yox, iki dəfə düşünün.

Aysel

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man