Təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, motosiklet, moped və velosiped sürücüləri tərəfindən yolhərəkəti qaydalarına riayət olunmamasına nəzarətin həyata keçirilməsi məqsədilə Sumqayıtda reyd keçirilib. Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunan reyd zamanı sürücü və sərnişinlərlə profilaktiki söhbətlər aparılıb.
Sumqayıt Şəhəri Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru Ramil Malıyev açıqlamasında bildirib ki, Sumqayıt şəhərində keçirilən reydin məqsədi əsasən təhlükəsizlik kəmərindən istifadə etməyən, səs siqnalları və dönmə işıqlarından manevr qaydalarını pozan, tibbi maskadan istifadə etməyən sürücü və piyadalara qarşı keçirilir. Sürücülərdən xahiş və tələb edirik ki, yol hərəkəti qaydalarının təhlükəsizliyini təmin etsinlər. "Hamı bir nəfər kimi qaydalara əməl edək, bir-birimizin sağlamlığı və təhlükəsizliyini qoruyaq.”.
Yol Polisi əməkdaşlarının hərəkət iştirakçılarına müraciət edərək, onlara yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquq pozmalarının qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunu, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği ilə tövhə verəcək tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man