Nazir polkovnik-leytenantı vəzifəsindən azad etdi - YENİ TƏYİNATLAR
İctimai nəqliyyat21 Aprel 2021 | 13:20
OXUNUB: 1434
Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Babək Həsənov Balakən Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə polis kapitanı Məhəmməd Bağırov Balakən RRŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi təyin olunub. M.Bağırov bundan əvvəl Zaqatala Rayon Polis Şöbəsində çalışıb.
Vilayət Eyvazovun imzaladığı digər əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytanantı Cahid Ələsgərov vəzifəsindən azad olunub. O, Tovuz Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.
Nazirin digər əmri ilə polis kapitanı Dayaq Süleymanov Gəncə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis idarəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsindən azad edilərək Tovuz RPŞ-yə sahə rəisi təyin edilib.