Cəlilabad və Biləsuvarda keçirilən reydlərdə 25 sürücü cərimələndi - FOTO

İctimai nəqliyyat 20 Aprel 2021 | 10:49
OXUNUB: 614

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə təşkilatçılığı ilə rayonda nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınmasıdır. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və standartlara cavab verməyən 13 avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb.

Biləsuvarda da rayonun müxtəlif ərazilərində yol polisi və ETSN əməkdaşları tərəfindən reyd təşkil olunub. Sürücülərin bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Buna əməl etməyən 12 sürücü barəsində yol polisi əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man