Gəncədə polis reyd keçirib - FOTO

İctimai nəqliyyat 17 Aprel 2021 | 11:44
OXUNUB: 1078

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə mütəmadi olaraq reyd keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təşkil olunan reydlər zamanı hərəkət iştirakçıları ilə mütəmadi profilaktiki söhbətlər aparılır, onlara Yol Hərəkəti Haqqında Qanunun tələblərinə riayyət etmələri tövsiyə və tələb olunur.

Qeyd olunub ki, şəhər ərazisində baş verən qəzaların, o cümlədən törədilən qayda pozuntuları mütəmadi olaraq araşdırılır və sürücülər o istiqamətdə maarifləndirilir:

"Hərəkət iştirakçılarının nəzərinə çatdırılıb ki, əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairədə hərəkət edən sürücü üstünlüyə malikdir və dairəyə daxil olan sürücü ona yol verməlidir. Əks halda, yol verməyən sürücü inzibati məsuliyyətə cəlb edilir. Əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilibsə, dairədə hərəkət edən sürücü yol verməlidir. Keçirilən reyd zamanı sözügedən inzibati qayda pozuntusuna görə 20-yə yaxın sürücü barəsəsində protokol tərtib edilib".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man