Bu gün Yasamal rayon Dövlət Yol polisi şöbəsinin əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunla müvafiq qaydada tədbirlər görülüb. Bəzi sürücülər müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışıb.
Eyni zamanda onlarla marifləndirici söhbətlər aparılıb. Piyadalara qarşı diqqət göstərilməsi, piyada zolaqlarına piyadlarla bağlı xəbardaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi önə çəkilib. Həmçinin piyadalar tərəfindən yol hərəkət qaydalarının kobud şəkildə pozulması qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb.
Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusna yol verən piyada müvafiq qaydada cərimə edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man