Azərbaycanda hərbi polisinyaranmasından 29 il ötür - VİDEO

İctimai nəqliyyat 10 Aprel 2021 | 17:00
OXUNUB: 975

Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 29-cu ildönümü qeyd olunur.

Avtosfer.az xəbər verir ki, 1992-ci ildə müdafiə nazirinin əmri ilə yaradılan bu qurum çətin və şərəfli yol keçib.

Hərbi polisin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı zamanı əsas səylər dövlətin və xalqın mənafeyinin müdafiəsinə, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, qarşıya qoyulan tapşırıqların istənilən şəraitdə yerinə yetirilmə əzminin yüksək səviyyədə saxlanılmasına yönəldilib.

Hərbi polisin şəxsi heyəti Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda fəal iştirak edib, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.
Hazırda hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.

Hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarında olan stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejimini, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

Hərbi polis müxtəlif istiqamətlərdə açılan nəzarət-buraxılış məntəqələrində patrul xidmətini və mühüm hərbi obyektlərin mühafizəsini təşkil edir, əraziyə daxil olan texnikanın uçotunu aparır, həmçinin kolonların müşayiətini təmin edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man