Yol polisi sürücünü döyərək maşını əlindən alıb? - DİN-dən AÇIQLAMA

İctimai nəqliyyat 09 Aprel 2021 | 15:16
OXUNUB: 964

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Göyçayda Yol-Patrul Xidməti əməkdaşlarının sürücünü döyərək maşınını əlindən alması iddiası haqda açıqlama verib.  DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, bununla əlaqədar aparılan araşdırmalarla şikayətçi sürücünün Göyçayın Potu kəndində yaşayan Ramil Yusifov olduğu müəyyən edilib: “O, bu il aprelin 7-də idarə etdiyi “Nissan Qashqai” markalı avtomobillə Göyçay-Ucar yolunda yol hərəkəti qaydasını pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən ondan kəskin spirt qoxusu gəldiyi üçün həkim müayinəsinə aparılıb və onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib, idarə etdiyi avtomobil isə mühafizə olunan dayanacağa yerləşdirilib. 

Bu proses zamanı sürücüyə qarşı polis tərəfindən hər hansı zor tətbiqi və ya təhqiredici ifadələr işlədilməyib. Sürücü özü də yol verdiyi ciddi xətasını başa düşərək polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməyib, etiraz etməyib”. 

DİN-dən bildirilib ki, R. Yusifov bundan əvvəl də 2 dəfə avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb: “Yol hərəkətinin digər iştirakçıları-sürücülər və piyadalar üçün real təhlükə mənbəyi olan belə bir sürücünü kiminsə müdafiə etməsi, onu zərərçəkmiş kimi təqdim etməsi olduqca təəssüf doğuran haldır”. 

Qeyd edilib ki, həkim müayinəsindən keçərkən sürücüdə hər hansı bir xəsarət izi olmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man