Yol polisi dayanma-durma qaydalarını pozan sürücülərə - XƏBƏRDARLIQ ETDİ

İctimai nəqliyyat 31 Mart 2021 | 17:40
OXUNUB: 1737

 Bakı Şəhər Dövlət Yol Polis idarəsi sürücülərə müraciət edib. Avtosfer.az-ın məlumatına görə, idarənin yaydığı məlumatda bildirilir ki, paytaxtın küçə və prospektlərində dayanma durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis tərəfindən gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir. Dayanma-durma qaydalarını pozan sürücülərə əsasən günün pik saatların intensiv hərəkət müşahidə olunan küçə və prospektləri, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, eləcədə mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının haqlı narahatçılığına və narazılıqlarına səbəb olur.
 Bir daha sürücülərə dayanma-durma qaydalarına düzgün  əməl olunması və bu sahədə profilaktik-nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə xəbərdarlıq edir, onlardan "Yol Hərəkəti Haqqında Qanunun tələbləri çərçivəsində , həmçinin yollarda hərəkətdə olan digər şəxslərin haqlarının pozulmaması özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün qayda pozuntusu törətməkdən çəkinmələrini xahiş edirik.

 

Fidan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man