Yol polisləri səhhəti pisləşən Qarabağ qazisinə belə kömək etdi - VİDEO

İctimai nəqliyyat 30 Mart 2021 | 11:30
OXUNUB: 1164

Bu gün yol polisləri Qaradağ rayonu ərazisində Qarabağ qazisi Kəbirov Ramil Elçin oğluna kömək edib. Avtosfer.az xəbər verir ki,  qazimiz özünü pis hiss edib və həkimə getmək istəyib.  Bir neçə avtomobilə əl etsə də saxlayan olmayıb. Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları baş inspektoru İlyas Vəliyev və inspektor Rəşid Hüseynov  onu görüb.  

YPX avtomobilinə əyləşdirərək həkimə aparıblar. Qazimiz bildirib ki,  müharibədən sonra səhhətində problemlər yaranıb və vaxtaşırı bu cür hallar baş verir. Yol polisi əməkdaşları hərəkətdə olarkən təcili tibbi yardım maşını görüb və saxlayaraq kömək istəyiblər. Məlum olub ki, qazimizin qan təzyiqi olub. İlkin tibbi yardımdan sonra onun vəziyyəti normallaşıb. Daha sonra isə xəstəxanaya çatdırılıb.

Qazi Ramil Kəbirov YPX əməkdaşlarına təşəkkürünü bildirib.  Videonu təqdim edirik:

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man