Sosial şəbəkələrdə və bəzi saytlarda Şəmkir postunda yol polisi əməkdaşının yük maşınının sürücüsündən rüşvət alması ilə bağlı videogörüntülər yayılıb. İdda olunur ki, sürücü YPX əməkdaşı tərəfindən saxlanılıb və cibindən pul çıxararaq ona verib.
Lakin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, həmin görüntülər tam araşdırılıb. "16 BB 856 dövlət nömrə nişanlı, "Kamaz" markalı yük maşınının sürücüsü Ələsgərov Eşqin Əli oğlu posta dəvət olunub və etiraf edib ki, həmin vaxt YPX əməkdaşları onu qəzəbləndirib və o, yükün qəbzini cibindən çıxararaq inspektora verib. Lakin sürücünü posta apararaq yükdaşıma qaydalarını pozduğuna görə protokol tərtib ediblər."
Namidan Piriyev onu da bildirib ki, yol polisinin rüşvət alması ilə əlaqədar iddialar əsassızdır. Sürücü özü də pul yox, yükə dair qəbz təqdim etdiyini etiraf edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man