Daxili İşlər Nazirliyi Dini Komitəni CƏRİMƏLƏDİ

İctimai nəqliyyat 27 Mart 2021 | 10:52
OXUNUB: 1880

Daxili İşlər Nazirliyi tərəfindən Dini Qurumlara İş üzrə Dövlət Komitəsi (DQİDK) cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, komitəyə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsizlik şəhər kamerası ilə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı komitəyə rəsmi sorğu göndərib.

Lakin komitə polisin bu sorğusuna cavab verməyib. Buna görə də polis tərəfindən DQİDK barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib.

Protokolla bağlı qərar verilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edilib. İşə aprelin 8-də baxılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man