Bakı Şəhəri Dövlət Yol Polisi idarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və bütün hərəkət iştirakçılarına müraciət edib.
Avtosfer.az-a daxil olan müraciətdə qeyd olunur ki, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyyatli olmasını, təhlükesizlik qaydalarına daha da ciddi amal edilməsini, belə ki avtomobillari hündür mərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik. Piyadalardan isa açıq hava şəraitində hərəkətlərinin mümkün qəder mehdudlaşdırmağı xahiş edirik.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man