Bakıda baş verən qəzada yaralanan və ölən olmayıb. Polis maşını minik avtomobili ilə toqquşub. Bu barədə oxu.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, sözügedən ünvanda baş verən qəza digər avtomobilin sürücüsünü yol hərəkəti qaydasını pozması nəticəsində olub: “Belə ki, 10-VY-110 dövlət nömrə nişanlı minik avtomobili ilə 90-YP-358 dövlət nömrə nişanlı polis maşını toqquşub. Hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı bəlli olub ki, qəzaya səbəb minik avtomobilidir. Sözügedən avtomobilin sürücüsünə müvafiq protokol yazılıb. Qəza yüngül maddi ziyanla nəticələnib”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man