Şəki yol polisindən nümunəvi addım - FOTO - VİDEO

İctimai nəqliyyat 19 Mart 2021 | 17:20
OXUNUB: 1484

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə,  Daxili İşlər Nazirliyi tərəfindən  təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən Şəki şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəkildə, şəhər bələdiyyəsinin köməkliyi ilə 3 nöqtədə, xəbərdarlıqla yanaşı təhlükəsizlik  qaydalarına riayət edilməsini təbliğ edən tablolar quraşdırlmışdır. Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət  Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev  “ARB-Şəki” televiziya kanalına verdiyi müsahibəsində  bildirib ki, aparılmış təhlillərlə müəyyən edilib ki, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri xüsusilə sürücülər tərəfindən sürət məhdudiyyətinin aşılması nəticəsində baş verir. Nəqliyyat vasitələrini idarə edərkən, sürücülər tərəfindən təhlükəsizlik kəmərindən istifadə edilməməsi isə, baş verən qəzalarda ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb olur. Təbliğat-təşviqat xarakterli məlumat tablolarının quraşdırılmasında məqsəd, sürücüləri yol hərəkəti təhlükəsizliyinin təbliğinə təşviq etməkdir. Gələcəkdə daha da təkmilləşdirilməsi, şəhər ərazisində elektron tabloların quraşdırılması nəzərdə tutulub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man