Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ilə əlaqədar Vətən müharibəsində yaralanan qazilərimizi ziyarət ediblər. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ziyarət zamanı qazilərlə həmsöhbət olan polislər onların qayğıları, müalicələrinin gedişi ilə maraqlanıblar və hər zaman dövlətimizin qayğısını hiss edəcəklərini bildiriblər. Bayram münasibətilə qazilərimizi və ailə üzvlərini təbrik edən asayiş keşikçiləri gətirdikləri sovqatları onlara təqdim ediblər.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları isə Vətən müharibəsində şəhid olan Elnur Qafarovun və Sadiq Məmmədovun ailələrini, eləcə də döyüşlərdə sağlamlığını itirən qazi Cavid Abdinovu ziyarət ediblər. Görüşlərdə dövlətimizin tərəfindən şəhid və qazı ailələrinə göstərilən diqqət və qayğıdan danışılıb, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri hər zaman xalqımızın qəlbində yaşayacağı diqqətə çatdırılıb.
Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man