Bakıda həftəsonu qanunsuz işləyən mikroavtobuslar peyda olub

İctimai nəqliyyat 18 Mart 2021 | 11:13
OXUNUB: 1224

Bakıda həftəsonları qanunsuz işləyən mikroavtobuslar peyda olub.

Bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

V.Əsədov həmin mikroavtobusların qanunsuz fəaliyyət göstərdiyini vurğulayaraq insanları diqqətli olmağa çağırıb.

O qeyd edib ki, həmin hallar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində müəyyən edilib. Onun sözlərinə görə, "20 Yanvar" dairəsində polis əməkdaşları bu halların qarşısını almaq üçün zəruri tədbirlər görür:

"Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək onları yığır və ara küçələrlə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. Qanunsuz və gizli işlədikləri üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar və avtomobili təhlükəli sürürlər. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırıram".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man