Küçəyə zibil atanlar cəzalanacaq - DYP sürücülərə müraciət etdi

İctimai nəqliyyat 17 Mart 2021 | 19:03
OXUNUB: 9140

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı öncəsi sürücülərə xəbərdarlıq edib.
İdarədən Avtosfer.az-a verilən məlumatda qeyd olunur ki, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar:
“Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı ekologiyanın çirklənməsinə xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur. Sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, bu cür xoşagəlməz addımlar əhalinin narahatçılığına və haqlı narazılığına səbəb olmaqla yanaşı həmçinin inzibati xətadır.
Bu hal İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyət yaradır. Bir daha sürücülərdən xahiş edirik ki, bu növ qayda pozuntularını törətməkdən çəkinsinlər. Unutmamalıyıq ki, Novruz təbiətin insanlara bəxş etdiyi bayramdır. Ətraf, mühiti və təbiəti qorumaq isə özümüzdən aslıdır”.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man