Şəki DYP maarifləndirmə işlərini davam etdirir - FOTO

İctimai nəqliyyat 11 Mart 2021 | 20:22
OXUNUB: 1099

Bu gün Şəki Dövlət Yol Polis Bölməsi, şəhər 11 saylı tam orta məktəbinin 6 - 9 -cu sinif şagirdləri ilə  “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda virtual  tədbir keçirib. Tədbirə qatılan , məktəbin bir çox müəllimləri  çıxış edərkən,bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq 
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlıqlarını bildiriblər.  Tural Niftalıyev çıxış edərkən  2020-ci il ərzində Respublika üzrə qeydə alınmış qəzaların 41.8%-nin piyadaların vurulması təşkil etdiyini eyni zamanda, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 42 yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirib. O cümlədən  Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 35 uşaq və yeniyetmənin həlak olduğunu, 133 nəfərin isə xəsarət aldığını qeyd edən Tural Niftalıyev, bunun Daxili İşlər Nazirliyində ciddi Narahatçılıq doğurduğunu,bu səbəbdən də təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına zərurət yarandığını bildirib.
Tural Niftalıyev onuda qeyd edib ki, apardığımız profilaktiki tədbirlər müsbət nəticə verib,Şəki Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində 2020-ci il ərzində baş vermiş yol nəqliyyat hadisələrindən , heç biri piyadanın təqsirindən baş verməyib. Əldə olunmuş bu müsbət nəticənin cari ildədə qorunub saxlanılması üçün təhsil müəssisələrində profilaktiki tədbirlər davam etdirilməlidir. Koronavirus pandemiyası ilə əlaqədar, ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bu tədbirlərin virtual keçirilməsi nəzərdə tutulub. Tural Niftalıyev, "Piyadanın vəzifələri"barədə ətraflı məlumat verdikdən sonra,
məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man