Bu gün Binəqədi rayonu ərazisində sərxoş vəziyyətdə avtobus idarə edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Binəqədi rayon DYPŞ-nın əməkdaşları avtobusun təhlükəli manevrlər etdiyini görərək onu dayandırıblar. Sürücü ilə ilkin söhbət zamanı onun sərxoş vəziyyətdə olduğu məlum olub. Sürücü dərhal avtobusdan kənarlaşdırılıb və tibbi müayinəyə aparılıb. Məlum olub ki, sərxoş halda avtobus idarə edən şəxs "Monella MMC"yə məxsus 142 nömrəli müntəzəm marşurutun sürücüsü Sadıqov Hamlet Əliqulu oğludur. Sürücü Avtosfer.az-a bildirib ki, spirtli içkini evdə qəbul edib. Sürücü izahatında sərxoş halda avtobus idarə etdiyini etiraf edib. Əməlindən peşiman olduğunu bildirib.
Binəqədi rayon DYPŞ-də sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man