Karantin postunda polislərə təzyiq göstərən sürücü və sərnişin həbs edildi - FOTO

İctimai nəqliyyat 25 Dekabr 2020 | 19:30
OXUNUB: 1988

Bakıda karantin postunda polisə təzyiq göstərən sürücü və sərnişin həbs edilib. Avtosfer.az xəbər verir ki, dekabrın 25-i paytaxtın Mikayıl Əliyev küçəsində hərəkət edən 99-DN-224 qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü karantin postuna yaxınlaşan zaman avtomobildəki sərnişinin SMS icazəsinin olmadığına görə yolun kənarında dayanıb. Karantin postunda xidmət aparan yol polisi əməkdaşları həmin sürücüyə yaxınlaşıb icazənin olub-olmadığını yoxlayan zaman, sürücü və sərnişin bundan imtina edərək polisə təzyiq göstərməyə başlayıblar. Onlar daha sonra nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir ediblər. Törətdikləri əmələ görə sürücü və sərnişin 24-cü polis bölməsinə təhvil verilib.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü Süleymanzadə Emin Çingiz oğlu və sərnişin Nəsirov Əkbər Qamboy oğlu barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs “İnzibati Xətalar Məcəlləsi”nin 535-ci maddəsi ilə 8 gün müddətinə inzibati qaydada həbs olunub.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man