Yol polisi oğurlanmış 58 avtomobilitapıb

İctimai nəqliyyat 24 Dekabr 2020 | 20:00
OXUNUB: 967

“Cari ildə ərzində Bakı şəhəri üzrə 61 nəqliyyat vasitəsi qaçırılıb. İsti izlərlə keçirilən əməliyyat nəticəsində 58 avtomobil tapılıb, 3 avtomobilin tapılması istiqamətində isə axtarış tədbirləri davam etdirilir.”

 Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov deyib. Polis polkovniki qeyd edib ki, il ərzində qapalı qalmış 2 ölüm və 10 xəsarətlə nəticələnən 12 yol nəqliyyat hadisəsi qeydə alınıb. “Əməliyyat axtarış nəticəsində qapalı qalmış  8 yol nəqliyyat hadisəsinin və 8 xəsarət, 2 ölümlə nəticələnən hadisənin üstü açılmışdır. 4 xəsarətlə nəticələnən hadisənin də açılması gözlənilir”.

Bakı şəhəri üzrə Dövlət Yol Polisi əməkdaşlarının məqsədli, ardıcıl keçirtikləri tədbirlərin və təbliğatın nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə baş vermiş yol nəqliyyat hadisələri 15.8%, ölüm sayı 4.2%, xəsarət sayı isə 23.3% azalıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man