DYP Əmlak Məsələləri Dövlət Xidmətini cərimələdi - Məlumatı gecikdirdiyi üçün

İctimai nəqliyyat 22 Dekabr 2020 | 13:16
OXUNUB: 1025

Dövlət Yol Polisi (DYP) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində inzibati qaydada protokol tərtib edib. Report-un xəbərinə görə, Xətai Rayon Məhkəməsi protokola əsasən Əmlak Məsələləri Dövlət Xidmətini 300 manat məbləğində cərimə edib.

Dövlət qurumu İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man